Bakı. Trend:
Kopenhagen hava limanının fəaliyyəti ərazidə müşahidə olunan dronlar səbəbindən dayandırılıb.
Trend-in məlumatına görə, polis hadisə yerindədir. Bütün reyslər təxirə salınıb, təyyarələr 40 dəqiqədən çoxdur uçuş-enmə zolağında növbə gözləyir. Məhdudiyyətlərin nə qədər davam edəcəyi hələlik məlum deyil.
Hava limanı hələlik rəsmi açıqlama verməyib.