...

Litva HHM sisteminə əlavə 0,5 milyard avro ayırmağı planlaşdırır

Dünya xəbərləri Materials 23 Sentyabr 2025 02:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Litva hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün əlavə 0,5 milyard avro ayrılmasını zəruri hesab edir.

Trend xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Müdafiə Nazirliyinin rəhbəri Dovile Şakalene bildirib.

“Biz hava hücumundan müdafiə vasitələrinə olan ehtiyacı nəzərdən keçirdik və Dövlət Müdafiə Şurasının növbəti iclasında müəyyən hava hücumundan müdafiə vasitələrinin əldə edilməsi üçün əlavə 0,5 milyard avro ayrılmasını müzakirə edəcəyik”, – o qeyd edib.

Xəbər lenti

Xəbər lenti