...

Qızılın qiyməti tarixi maksimuma çatıb

Turizm Materials 22 Sentyabr 2025 22:53 (UTC +04:00)
Qızılın qiyməti tarixi maksimuma çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Comex birjasında qızıl fyuçerslərinin qiyməti növbəti dəfə tarixi maksimuma yüksəlib.

Trend xəbər verir ki, Bakı vaxtı ilə saat 21:09-a olan məlumata görə, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 3775,5 dollar (+1,51%) təşkil edib. Saat 20:19-da isə qızılın qiyməti artımını ləngidərək 3774,7 dollar (+1,49%) səviyyəsində ticarət olunub.

Sentyabrın 22-də səhər saatlarında Comex birjasında qızılın qiyməti troya unsiyası üçün 3750 dollardan yuxarı qalxaraq tarixi maksimuma çatmışdı.

Xəbər lenti

Xəbər lenti