Bakı. Trend:
İngiltərənin "Mançester Siti" klubunun italiyalı qapıçısı Canluici Donnarumma "France Football" jurnalı tərəfindən ilin ən yaxşı qapıçısı Lev Yaşin mükafatına layiq görülüb.
Trend xəbər verir ki, mükafatlandırma mərasimi Parisdəki Şatl Teatrında keçirilir.
26 yaşlı Donnarumma daha əvvəl 2021-ci ildə bu mükafatı qazanaraq, ikinci dəfə Ən Yaxşı Qapıçı tituluna sahib olub. Ötən mövsüm o, PSJ ilə Çempionlar Liqası, liqa və Fransa kubokunu qazanıb.