Bakı. Trend:
ABŞ-nin Boeing şirkəti yeni altıncı nəsil F-47 qırıcı təyyarəsinin ilk prototipinin istehsalına start verib.
Trend xəbər verir ki, bu barədə The War Zone məlumat yayıb.
Məlumata görə, qırıcının ilk sınaq uçuşu 2028-ci ilə planlaşdırılıb.
ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general Devid Alvin proqramın sürətləndirilmiş templə irəlilədiyini bildirib.
Hərbi Hava Qüvvələri bu təyyarələrdən ən azı 185 ədəd əldə etməyi planlaşdırır. Hər bir təyyarənin təxmini dəyəri 300 milyon dollardan çoxdur.