...

Araz çayı üzərindəki körpünün inşasının tezliklə başa çatacağı gözlənilir - Muctaba Dəmirçilu

İqtisadiyyat Materials 22 Sentyabr 2025 21:00 (UTC +04:00)
Araz çayı üzərindəki körpünün inşasının tezliklə başa çatacağı gözlənilir - Muctaba Dəmirçilu
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Araz çayı üzərində körpünün inşa işlərinin tezliklə başa çatacağı gözlənilir.

Bu barədə Trend-ə özəl müsahibəsində İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu məlumat verib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında Araz çayı üzərində Ağbənd-Kəlalə bölgəsində tikilməkdə olan körpünün inşa işlərinin ilin sonuna qədər başa çatdırılması qərara alınıb. Hazırda bu körpünün tikintisində inşa işləri təxminən 63% başa çatdırılıb.

Dəmirçilu əlavə edib ki, körpüdən sonra İran ərazisində Culfa istiqamətində magistral yolun genişləndirilməsi üzrə işlər həyata keçirilir. Kəlalədən Culfa istiqamətində magistral yolun genişləndirilməsi üçün bir neçə tunel qazılmalıdır.

“Bu magistral yol İranın öz vəsaiti hesabına inşa olunur. Beləliklə Azərbaycan vətəndaşları daha asan və daha etibarlı şəkildə Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında səfər edə biləcəklər”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti