...

Azərbaycanla Serbiya arasında biznes əlaqələrinin qarşılıqlı təşviqi müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 23 Sentyabr 2025 00:19 (UTC +04:00)
Azərbaycanla Serbiya arasında biznes əlaqələrinin qarşılıqlı təşviqi müzakirə olunub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyanın daxili və xarici ticarət naziri ilə görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığın gücləndirilməsi, iqtisadi əməkdaşlığın şaxələndirilməsi, həmçinin ticarət, investisiya və biznes əlaqələrinin qarşılıqlı təşviqi müzakirə olunub.

Trend xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç ilə görüşüb.

Görüşdə vurğulanıb ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər, görüş və tədbirlər, imzalanan sənədlər Azərbaycan və Serbiya arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Serbiya ilə iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsi üçün böyük potensial olduğu diqqətə çatdırılıb. Qarşılıqlı sərmayə qoyuluşu, enerji, nəqliyyat və digər istiqamətlər üzrə əməkdaşlığın bu potensiala uyğun şəkildə gücləndirilməsinin vacibliyi bildirilib.

Tərəflər ölkələrimiz arasında strateji tərəfdaşlığın gücləndirilməsi, iqtisadi əməkdaşlığın şaxələndirilməsi, həmçinin ticarət, investisiya və biznes əlaqələrinin qarşılıqlı təşviqi məsələlərini müzakirə ediblər. Fikir mübadiləsi zamanı birgə təşəbbüslər üçün perspektivlərə diqqət yönəldilib və qarşılıqlı iqtisadi əlaqələrin inkişafına töhfə verə biləcək layihələrin uğurla gerçəkləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Xəbər lenti

Xəbər lenti