...

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran və Azərbaycanın mənafeyi istiqamətində fəaliyyət göstərəcək - Səfir

İqtisadiyyat Materials 22 Sentyabr 2025 20:29 (UTC +04:00)
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran və Azərbaycanın mənafeyi istiqamətində fəaliyyət göstərəcək - Səfir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi tam şəkildə istifadəyə verildiyi halda, həm İran, həm Azərbaycan, həm də regionun digər ölkələrinin mənafeyi istiqamətində fəaliyyət göstərəcək.

Bunu Trend-ə özəl müsahibəsində İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu deyib.

Səfir bildirib ki, məlum olduğu kimi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İran ərazisində üç marşrutu var. Bu dəhlizin qərb marşrutu Azərbaycandan keçməklkə İran və Rusiyanı bir-birinə birləşdirir.

Dəmirçilu qeyd edib ki, hazırda Rusiyanın iştirakı ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi istiqamətində işlər aparılır.

İranlı səfir əlavə edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Rəşt-Astara dəmiryolunun təkmilləşdirilməsindən əlavə İran sərhəd-keçid məntəqələrində mövcud müəyyən maneələri aradan qaldırmağa və gömrüklərdə keçidlərin sadələşdirməsinə çalışır.

“Başqa sözlə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından istifadə etmək üçün infrastrukturlar diqqət mərkəzində durmalı, üstəlik bununla yanaşı digər imkanları da inkişaf etdirmək lazımdır”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti