...

Ceyhun Bayramov Nyu-Yorkda Surinamlı həmkarı ilə görüşüb (FOTO)

Siyasət Materials 23 Sentyabr 2025 02:15 (UTC +04:00)
Ceyhun Bayramov Nyu-Yorkda Surinamlı həmkarı ilə görüşüb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Nyu-Yorkda 80-ci BMT Baş Assambleyasının çərçivəsində Surinamın Xarici İşlər, Beynəlxalq Biznes və Əməkdaşlıq naziri Melvin Buva ilə görüşüb.

Trend xəbər verir ki, görüş zamanı ikitərəfli siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.

Nazirlər həmçinin “Azərbaycan Respublikası Hökuməti və Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında Saziş”i imzalayıblar.

Xəbər lenti

Xəbər lenti