Bakı. Trend:
Kamçatkada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Məlumata görə, Petropavlovsk-Kamçatskidən 193 kilometr cənub-şərqdə 5,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı 19,1 kilometr dərinlikdə yerləşib.