Bakı. Trend:
Amerikanın SpaceX şirkəti ABŞ Milli Kəşfiyyat İdarəsinin (NRO) ehtiyacları üçün peykləri daşıyan Falcon 9 raketini orbitə buraxıb.
Trend xəbər verir ki, NROL-48 missiyasının bir hissəsi olan raket Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından yerli vaxtla saat 10:38-də start götürüb.
ABŞ-nin kəşfiyyat peyklərinə nəzarət edən Kosmik Aparatların Mühafizəsi üzrə Milli Tədqiqat Mərkəzinin fəaliyyəti yüksək səviyyədə məxfiliklə icra olunur. Peyklərin parametrləri və təfərrüatları açıqlanmır.