...

Emin Ağalarov Xəzərdə daha bir ada tikməyi planlaşdırır

İqtisadiyyat Materials 22 Sentyabr 2025 20:10 (UTC +04:00)
Emin Ağalarov Xəzərdə daha bir ada tikməyi planlaşdırır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Xəzər dənizində daha bir ada tikməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Emin Ağalarovun özü I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı danışıb.

“Başqa bir irimiqyaslı ideya – “Fire Island” adlandırdığımız yeni adadır. Onun sahəsi 200 hektar olacaq və orada 4,5 milyon kvadrat metr daşınmaz əmlak inşa etmək olar”, - deyə o bildirib.

E.Ağalarovun sözlərinə görə, 2-3 il ərzində şirkətin 10-12 oteli açılacaq və onlar müxtəlif funksiyaları yerinə yetirəcəklər: Bəziləri sırf istirahət və turizm üçün, bir başqaları – konfranslar üçün, üçüncüləri – kazino sənayesi üçün.

“İstəyirik ki, hər bir gələcək qonağımız burada özü üçün nəisə tapsın. Bu arada biz həmdə otelləri ən yaxşı restoran və brendlərlə dolduracağıq”, - deyə o söyləyib.

E.Ağalarov bildirib ki, xaricdə də “Agalarov Development” “See Breeze Uzbekistan” layihəsini həyata keçirir. Layihə Daşkənd vilayəti ərazisində yerləşən Çarvak süni su anbarına gedən yol üzərində yerləşəcək. O qeyd edib ki, obyektin tikintisinə artıq qismən başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti