Bakı. Trend:
2024-cü ildə Almaniyadan 13,2 milyard avroluq hərbi sənaye məhsulu ixracatına lisenziya verilib.
Trend xəbər verir ki, bu barədə ölkənin Federal İqtisadiyyat Nazirliyi (BMWK) məlumat yayıb.
Qeyd olunur ki, Almaniya sənayesinin tarixində indiyədək bu həcmdə silah ixracatı olmayıb. Bu göstərici ilə Almaniya ixrac həcminə görə Fransa və Böyük Britaniyanı qabaqlayaraq Avropada lider mövqeyə yüksəlib.
Məlumata görə, silahların 64 faizi (8 milyard avro dəyərində) Ukraynaya göndərilib. Bununla da Almaniya, İkinci Dünya müharibəsindən sonra ilk dəfə müharibə aparan ölkənin əsas təchizatçılarından biri statusunu qazanıb.