...

Çindən olan müəssisələr Azərbaycana investisiya qoyuluşunda maraqlıdır

İqtisadiyyat Materials 23 Sentyabr 2025 11:37 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Çinin 12 vilayətindən olan 20 müəssisə Azərbaycana investisiya yatırmaqda maraqlıdır.

Trend xəbər verir ki, bunu Çinin ölkə xaricində müəssiələrin inkişafı üzrə assosasiyanın baş katibi Xe Çjenvey Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deib.

“Bu foruma mənimlə Çində 20 müəssəsisənin nümayəndəsi gəlib, onların az qala hamısı özəl şirkətlərdir. Onlar həmçinin Azərbaycana investisiyalarda maraqlıdırlar. İnvestisiya forumunun məhz Azərbaycanda keçirilməsini son dərəcə vacib hesab edirəm – bu dialoq üçün əla meydançadır. Biz iştirakçıların müxtəlif ölkələrdən gəldiyini görürük – Çinlə yanaşı, Avropadan gələnlər də var. Sözsüz ki, bu xarici investisiyaların cəlb olunması üçün vacib tədbirdir”,- deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan Çindən gələn investisiyalara xüsusi diqqət yetirməlidir. Hazırda diqqət neft sektorundan digər istehsal sahələrinə yönəlir ki, bu da ölkə üçün xüsusilə əhəmiyyətlidir. Prioritetlər sırasında Xəzər nəqliyyat daşımaları, həmçinin “yaşıl” energetikanın inkişafı dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti