Bakı. Trend:
Pakistanda iyunun 26-dan bəri davam edən güclü musson yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb.
Trend xəbər verir ki, həlak olanlardan 275 nəfəri uşaqdır.
Fəlakət zamanı müxtəlif dərəcəli xəsarət alanların sayı isə 1063 nəfər olaraq qeydə alınıb.
Pakistanda musson mövsümü adətən hər il ciddi dağıntılara səbəb olur, lakin bu dəfəki yağışların miqyası xüsusilə ağır nəticələr doğurub.