...

"UK Export Finance" Azərbaycanda dövlət-özəl tərəfdaşlığına dəstək olmağa hazırdır

İqtisadiyyat Materials 23 Sentyabr 2025 11:31 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“UK Export Finance” dövlət-özəl tərəfdaşlığın (DÖT) inkişafı üçün üç əsas istiqaməti müəyyənləşdirir.

Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “UK Export Finance”in biznesin təşkili üzrə aparıcı mütəxəssisi Kris Allum deyib.

“Birinci istiqamət – nəqliyyat və logistika infrastrukturudur. Biz maliyyə baxımından dayanıqlı, gəlir gətirən və uzunmüddətli layihələr axtarırıq. Bunlara ödənişli yollar, dəmir yolları, hava limanları aid ola bilər. Dəmir yolu sektorunda artıq bir neçə sövdələşmə üzrə təcrübəmiz var”,- o bildirib.

Mütəxəssisin sözlərinə görə, ikinci istiqamət – “yaşıl” enerji və karbonsuzlaşdırmadır. Qurumun dənizdə külək enerjisi layihələri ilə bağlı təcrübəsi mövcuddur.

“Üçüncü istiqamət isə səhiyyə və təhsildir. Böyük Britaniyanın xəstəxanalar və diaqnostika mərkəzləri (dizayn, tikinti, istismar) üzrə güclü DÖT modelləri var və bunları digər ölkələrdə də tətbiq etmək mümkündür”, - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti