Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxanaçı vəzifəsində çalışan və kitabxana müdiri vəzifəsinə keçmək istəyən namizədlər üçün qeydiyyat mərhələsi başlayıb.
Trend xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, qeyd edilən vəzifə üzrə namizədlər 26 sentyabr 2025-ci il saat 12.00-dək qeydiyyatdan keçə bilərlər.
Namizədlərin orta ixtisas təhsili olduğu halda 5 ildən az
olmayaraq, ali kitabxanaçılıq və ya ali pedaqoji təhsili olduğu
halda isə 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı
olmalıdır.
Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə
bilərlər.
Qeydiyyat linki:
https://docs.google.com/.../1FAIpQLSe8j6xOByi.../viewform...