...

Futbola sərmayələrin daha çox olmasını ümid edirik - Qurban Qurbanov

İdman Materials 23 Sentyabr 2025 10:34 (UTC +04:00)
Futbola sərmayələrin daha çox olmasını ümid edirik - Qurban Qurbanov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Futbola sərmayələrin daha çox olmasını ümid edirik.

Trend xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın inkişafı üçün çox böyük işlər görülür, futbol da həmin sahələrdən biri ola bilər:

"Necə ki digər sahələrə investisiya yatırılırsa, eləcə də futbola da investisiya qoymaq, məncə, maraqlı olar. Çünki bizdə bacarıqlı, qabiliyyətli futbolçularımız var. Bəlkə də, heç nədən üzə çıxan futbolçularımız var. Çünki bu bölgə elə bir yerdir ki, istənilən idman növündə - güləş, boks, cüdo və s. idmançılarımız yetişir".

"Buna görə də bu sahəyə investisiya qoymaqla yanılmarıq. Dünyada da futbola həddindən artıq investisiya qoyulur. Hesab edirəm ki, futbolu stabil bir vəziyyətə gətirmək olar", - deyə Q. Qurbanov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti