...

Hyundai ABŞ-də yüz minlərlə avtomobili geri çağırır

Dünya xəbərləri Materials 23 Sentyabr 2025 09:00 (UTC +04:00)
Hyundai ABŞ-də yüz minlərlə avtomobili geri çağırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya şirkəti 2020–2025-ci illərdə istehsal olunmuş və ABŞ-da satılan 568 580 “Palisade” krossoverini geri çağırıb.

Trend xəbər verir ki, səbəb kimi təhlükəsizlik kəməri tokalarındakı qüsur göstərilir. Onların düzgün bağlanmaması qəza zamanı ciddi yaralanma riski yarada bilər.

ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına görə, problem səhv ölçüdə olan toqqa birləşmələri ilə əlaqəlidir.

Qeyd edək ki, kəmərlərlə bağlı araşdırma hələ 2023-cü ildə başlanılıb.

Xəbər lenti

Xəbər lenti