Bakı. Trend:
Qırğızıstanın Ali Şurasının Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və reqlament üzrə komitəsi respublikanın ali qanunverici orqanının vaxtından əvvəl buraxılması barədə deputatlar qrupunun qərarını təsdiqləyib.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, profil komitəsinin üzvləri özünü buraxmaq üçün tələb olunan 32 imzanı toplamağı bacaran təşəbbüskar deputatlar qrupunun qərarını dəstəkləyiblər.
Məsələnin ümumi deputat korpusunun müzakirəsinə sentyabrın 24-də çıxarılması planlaşdırılır.