...

Serxio Buskets karyerasını Türkiyədə davam etdirə bilər

İdman Materials 23 Sentyabr 2025 07:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya millisinin sabiq üzvü Serxio Buskets karyerasını Türkiyədə davam etdirə bilər.

Trend xəbər verir ki, 37 yaşlı futbolçuya Superliqa klublarından təklif gəlib. Xüsusən də “Başakşəhər” ispan yarımmüdafiəçi üçün danışıqlara start verib.

Busketsin “İnter Mayami” ilə müqaviləsi 2025-ci il dekabrın 31-nə qədərdir. Türkiyə çempionu isə qış transfer dövründə keçidi həll etməyə çalışacaq.

Qeyd edək ki, “Barselona”nın sabiq futbolçusu 2023-cü ildə ABŞ klubuna keçmişdi.

Xəbər lenti

Xəbər lenti