Bakı. Trend:
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Türkiyənin ikinci ən böyük ev heyvanları üçün quru yem istehsalçısı olan “Çağatay Evcil Hayvan Mamaları ve Yem Ürünleri San. ve Tic. A.Ş. (Çağatay Pet Food)”şirkətinə kapital yatırımı etdiyini açıqlayıb.
Trend bu barədə IFC istinadən xəbər verir.
Bu investisiyalar şirkətin fəaliyyətini genişləndirməyə, birbaşa satış platformasını gücləndirməyə və heyvan qidaları sektorunda və əlavə dəyər zənciri boyunca yeni iş yerlərinin yaradılmasına kömək edəcək.
Bildirilib ki, IFC-nin şirkətə kapital yatırımı, “Turkey Growth Fund IV” (Türkiyədə aparıcı özəl investisiya məsləhət firması Turkven tərəfindən idarə olunur) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə birlikdə yeni müasir zavodun qurulmasına imkan verəcək. Bu zavod şirkətin istehsal gücünü üç dəfə artıracaq və ev heyvanları qidaları sektorunda rəqabət qabiliyyətini yüksəldəcək.