...

Tibb müəssisələri beynəlxalq akkreditasiya almalıdır - Teymur Musayev

Cəmiyyət Materials 23 Sentyabr 2025 12:40 (UTC +04:00)
Tibb müəssisələri beynəlxalq akkreditasiya almalıdır - Teymur Musayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Tibb müəssisələri beynəlxalq akkreditasiya almalıdır.

Trend xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyada deyib.

“Bütün tibb müəssisələrinin JCI, ISQUA kimi beynəlxalq tanınmış təşkilatlar tərəfindən akkreditasiyaya alınmasını məqəsədəuyğun hesab edirik. Bu, göstərilən tibbi xidmətlərin ən yüksək standartlarının sübutu, həm də layihənin davamlılığını və rəqabət qabiliyyətinin zəmanətidir”, - deyə Teymur Musayev əlavə edib.

Nazir bildirib ki, bu tədbir “Sea Breeze Health Valley”-i beynəlxalq səviyyədə tanıtdıracaq. Onu yerli və xarici pasiyentlər üçün etibarlı məkana çevirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti