...

Azərbaycanın peşəkar milli musiqisinin banisi Krivoy Roqda anılıb (FOTO)

Cəmiyyət Materials 23 Sentyabr 2025 14:36 (UTC +04:00)
Azərbaycanın peşəkar milli musiqisinin banisi Krivoy Roqda anılıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində Azərbaycanın peşəkar milli musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert təşkil edilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, onsertdə şəhər meriyasının mədəniyyət şöbəsinin rəhbərliyi, şəhər Şurasının deputatları, diaspor fəalları, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycana aid rəsm sərgisi nümayiş olunub.

Rəsmi hissədə Azərbaycan və Ukraynanın Dövlət himnləri səsləndirildikdən sonra Krivoy Roq şəhəri “Azərbaycan Diasporu” təşkilatının rəhbəri Kamaləddin Ağayev, Krivoy Roq şəhər Meriyasının mədəniyyət şöbəsinin rəhbəri İrina Vasileyevna, Müslüm Maqomayev adına Beynəlxalq Fondun sədri Hafiz Aslanov çıxış ediblər.

Kamaləddin Ağayev çıxışında Üzeyir Hacıbəylinin 140 illik yubileyinin Krivoy Roqda qeyd edilməsini milli musiqinin birləşdirici gücünün mədəniyyətlərarası dialoqun və ümumbəşəri dəyərlərə verilən önəmin göstəricisi kimi dəyərləndirib.

Çıxışlarda Azərbaycanın milli musiqi kimliyinin formalaşmasında Üzeyir Hacıbəylinin müstəsna rolundan bəhs ediblər. Üzeyir Hacıbəylinin əsərlərinin Azərbaycan sərhədlərini aşaraq dünya səhnələrində uğurla nümayiş olunduğu və xalqlar arasında mədəni körpüyə çevrildiyi bildirilib.

Tədbirin bədii hissəsində Krivoy Roq şəhərinin kamera orkestri Üzeyir Hacıbəyli, Qara Qarayev və Firəngiz Əlizadənin əsərlərini ifa edib.

Konsert tamaşaçıların böyük rəğbətini qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti