...

Süni intellekt vasitəsilə rəqəmsal ekosistemlərin yaradılması üçün istedad və infrastruktura ehtiyac var - "GenAI Works"

İqtisadiyyat Materials 23 Sentyabr 2025 14:04 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

İnkişaf etmiş rəqəmsal ekosistemin yaradılması üçün süni intellektdən uğurlu şəkildə istifadə istedad və infrastruktur tələb edir.

Trend xəbər verir ki, bunu “GenAI Works” baş direktoru və həmtəsisçisi Stiv Nuri I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

“Daha inkişaf etmiş ekosistemin yaradılması məqsədilə süni intellektdən istifadə etmək üçün bizə iki əsas element lazımdır: istidedad və infrastruktur. İstedadlar, məlum məsələdir ki, bacarıqlarla bağlıdır. Ölkədə istedadı inkişaf etdirmək üçün isə, sahibkarlıq mentaliteti formalaşdırmaq, risklərə hazır olmaq, yeni məhsullar yaratmaq, onları sınaqdan keçirmək və onlara dəyər qatmağın yollarını bilmək vacibdir”, - deyə o bildirib.

Nuri bildirib ki, əksər ölkələrdə başlıca olaraq daxili bazar nəzər nöqtəsində olur və maraqlı şeylər yalnız yerli cəmiyyət üçün yaradılır.

“İntellektual süni zəka dünyasında məhsulun investisiya cəlbedici olması üçün qlobal düşünmək lazımdır. Bütün alətlər artıq mövcuddur, rəqiblər oxşar məhsulla sürətlə ortaya çıxa bilər. Əgər siz tələbata tez cavab verə bilməsəniz və məhsulunuzu inkişaf etdirmək üçün süni zəkanın bütün imkanlarından istifadə etməsəniz, məhsulunuz əvəz oluna bilər və sizin bazarlarınızda rəqiblər ortaya çıxa bilər”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti