...

SOCAR və İtaliyanın neft şirkəti arasında səhmlərin alqı-satqısı barədə saziş imzalanıb (FOTO)

İqtisadiyyat Materials 23 Sentyabr 2025 13:46 (UTC +04:00)
SOCAR və İtaliyanın neft şirkəti arasında səhmlərin alqı-satqısı barədə saziş imzalanıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Italiana Petroli S.p.A" və "MIP S.p.A" arasında səhmlərin alqı-satqısı üzrə üçtərəfli saziş imzalanıb.

Trend xəbər verir ki, bu, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində baş tutub.

Sazişə SOCAR prezidenti Rövşən Nəcəf və "Italiana Petroli S.p.A" şirkətinin İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imza atıblar.

Bu razılaşma Azərbaycanın enerji sektorunda beynəlxalq əməkdaşlığın dərinləşməsi və SOCAR-ın strateji tərəfdaşlıqlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti