...

Ədliyyə Nazirliyi Avropa Şurasının ədliyyə nazirlərinin konfransında təmsil olunub

Cəmiyyət Materials 23 Sentyabr 2025 15:22 (UTC +04:00)
Ədliyyə Nazirliyi Avropa Şurasının ədliyyə nazirlərinin konfransında təmsil olunub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

18-19 sentyabr tarixlərində Maltanın Valetta şəhərində “Sərhədlərarası əməkdaşlıq və qarşılıqlı yardım: transmilli cinayətlərə qarşı mübarizə üzrə əməkdaşlığın gücləndirilməsi” mövzusunda Avropa Şurasının ədliyyə nazirlərinin konfransı keçirilib. Konfransda Avropa Şurasının səlahiyyətli qurumlarının rəhbər heyətləri, üzv dövlətlərinin ədliyyə nazirləri, səfirlər və digər rəhbər şəxslər iştirak ediblər.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib:

"Konfransda ölkəmizi təmsil edən ədliyyə nazirinin müşaviri Seyfəlpaşa Əliyev çıxış edərək, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində Nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verib, bu istiqamətdə rəqəmsal alətlərin tətbiqi və əlaqələrin genişləndirilməsi üzrə müsbət təcrübələrimiz barədə iştirakçıları məlumatlandırıb".

Həmçinin, konfrans çərçivəsində “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyanın 3 saylı əlavə protokolu (“Valetta” protokolu) imzaya açıq elan edilib. Bununla bağlı müvafiq protokol layihəsini hazırlayan Avropa Şurası Cinayət məsələlərində əməkdaşlığa dair Avropa konvensiyalarının icrası üzrə Ekspertlər Komitəsinin (PC-OC) sədri, Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin rəisi Adil Əbilov müvafiq Protokolun hazırlanması zərurəti, onun fəaliyyətin təkmilləşdirilməsindəki rolu barədə məruzə edib.

Sonda hüquqi yardım sahəsində səmərəliliyin artırılması üzrə tədbirləri nəzərdə tutan Yekun Bəyannamə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti