...

​Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 34-cü Ali-Səviyyəli Toplantısı Nyu Yorkda öz işinə başlayır

Siyasət Materials 23 Sentyabr 2025 15:41 (UTC +04:00)
​Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 34-cü Ali-Səviyyəli Toplantısı Nyu Yorkda öz işinə başlayır

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində 34-cü Ali Səviyyəli Toplantısını təşkil edəcək. Toplantı ABŞ-nın Nyu-York şəhərində, 23-26 sentyabr tarixlərində baş tutacaq.

Mərkəzdən Trend-ə verilən məlumata görə, “Multilateralizm Dönüm Nöqtəsində: Çağırışlar və Sülhə Aparan Yollar” başlığı altında keçiriləcək toplantıda bir çox cari və sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri bir araya gələrək qlobal əməkdaşlıq və multilateralizmin aktual çağırışlarını müzakirə edəcəklər.

Qeyd edək ki, bu toplantı BMT Baş Assambleyası çərçivəsində keçirilən paralel tədbirlər arasında ən böyük toplantı hesab olunur və 50-dən çox ölkədən yüksək səviyyəli nümayəndələrin, o cümlədən 25-dən çox sabiq və indiki prezidentin, eləcə də 10-dan çox sabiq və indiki baş nazirin iştirakı baş tutacaq.
Toplantının işində Mərkəzin həmsədrləri xanım Vayra Vike-Frayberqa və Dr. İsmail Səragəldin, Albaniya, Bosniya və Herseqovina, Monteneqro Prezidentləri, Bolqarıstan ve Andorranın Baş nazirləri, Sloveniyanın xarici işlər naziri, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, BMT Baş katibinin müavini və BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi, "UNCTAD"ın Baş katibi, Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi, "UNEP", "UNHabitat", "UNAIDS" ve "UN Women" İcracı direktorları, o cümlədən 30-dan çox ölkənin sabiq ölkə ve hökumət rəhbərləri, xarici işlər nazirləri iştirak edəcək.

Ümumi olaraq bildirək ki, toplantı proqramında qlobal bərabərlik, iqlim dəyişikliyi, qlobal səhiyyə, texnoloji dəyişikliklər və geosiyasi proseslər üzrə panel müzakirələri, sülhə gedən yol kimi sessiyalar yer alır. Müzakirə olunacaq mövzular arasında həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF2026) hazırlıq məsələləri də diqqət mərkəzində olacaq.

Xəbər lenti

Xəbər lenti