Bakı. Trend:
24 sentyabr 2025-ci il saat 08:00-dan 25 sentyabr 2025-ci il saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində — A.A.Bakıxanov küçəsi ilə kəsişmədən başlayaraq aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan yol sahəsində qısa müddətlik tam məhdudlaşdırılacaq.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat verib.
Bildirilib ki, sürücülərdən göstərilən tarixlərdə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
"Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyirik",- deyə məlumatda qeyd edilib.