...

Azərbaycanda telesəhiyyə xidmətinin tətbiqinə ehtiyac var - TƏBİB sədri

Gündəm Materials 23 Sentyabr 2025 13:25 (UTC +04:00)
Azərbaycanda telesəhiyyə xidmətinin tətbiqinə ehtiyac var - TƏBİB sədri
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə sektorunda kadr çatışmazlığı ən ciddi problemlərdən biridir.

Trend xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə bildirib.

O bu problemdən həll yolunu da göstərib: "Gələcəkdə bu sahədə kadr çatışmazlığının aradan qaldırılması üçün telesəhiyyə xidmətinin ölkəmizdə də tətbiqinə ehtiyac var".

Qeyd edək ki, telesəhiyyə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə tibbi xidmətlərin uzaq məsafədən göstərilməsi deməkdir. Sadə dillə desək, həkimlə xəstənin eyni yerdə olmadan, telefon, internet və ya xüsusi proqramlar vasitəsilə əlaqə quraraq müayinə, məsləhət və diaqnostika aparmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti