...

Lənkəranın bu ərazisində qaz kəsiləcək

Gündəm Materials 23 Sentyabr 2025 13:20 (UTC +04:00)
Lənkəranın bu ərazisində qaz kəsiləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər
Bakı.Trend:

Lənkəran rayonu ərazisində yerləşən “Hirkan” qaz paylayıcı stansiyasında istismarda olan qaz tənzimləyicisinin baypas xətti üzərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədilə, 26 yaşayış məntəqəsini əhatə etməklə, ümumilikdə 14 000-ə yaxın abonentin təbii qaz təchizatında fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə Lənkəran Rayon qaz İstismar İdarəsindən məlumat verilib.

Bildirilib ki, 24.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən Hirkan, Gərmətük, Aşağı Nüvədi, Xanbulan, Bürcəli, Mamusta, Parakənd, Daşdalıcəran, Səpnəkəran, Yuxarı Nüvədi, Türkəkəran, Moğonojba, Şürük, Şıxəkəran, Xolmili, Vel, Siyavar, Kənarmeşə, Seydəkəran, Tütəpeştə, Bala Şürük, Sütəmurdov, Velədi, Şilim, Kosalar və Viyən kəndlərinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaqdır.

"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik", - əlavə olunub.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti