...

Daşkəsən dəmir filizi layihəsinə 1,2 milyard dollarlıq investisiya nəzərdə tutulur - Zakir İbrahimov

İqtisadiyyat Materials 23 Sentyabr 2025 15:48 (UTC +04:00)
Daşkəsən dəmir filizi layihəsinə 1,2 milyard dollarlıq investisiya nəzərdə tutulur - Zakir İbrahimov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Daşkəsən dəmir filizi yataqlarının işlənməsi ölkəmiz üçün böyük iqtisadi səmərələr vəd edən irimiqyaslı layihədir. Bununla belə, yataqlardakı filizlərin dəmir tərkibinin ortalama 40%-ə yaxın təşkil etməsi, üstəlik filizlərin yerin daha dərin qatlarında yerləşməsi, eləcə də ölkəmizin beynəlxalq sulara birbaşa çıxışının olmaması layihənin əməliyyat və logistika xərclərinin ciddi şəkildə artmasına səbəb olur.

Trend xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu amillər öz növbəsində, əlavə dəyər qazandıran məhsulların istehsalı zərurətini ortaya çıxarır:

"Bütün bunları nəzərə alaraq, layihənin effektiv icrasını təmin etmək məqsədilə beynəlxalq nüfuzlu məsləhətçi şirkətlərin iştirakı ilə optimal texnoloji həll yolu müəyyən edildi. Bu yanaşma, üç mərhələli istehsal zəncirini - 67% dəmir tərkibli daha keyfiyyətli konsentratın, pellet və isti briketlənmiş dəmirin (İBD) istehsalını əhatə edir".

"Sözügedən dəyər zəncirinin qurulması üçün tələb olunan təqribi investisiya həcmi 1,2 milyard ABŞ dolları təşkil edir", - Zakir İbrahimov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti