...

Azərbaycan və Qazaxıstan yüksək keyfiyyətli metallurgiya məhsullarının hazırlanması üzrə birgə müəssisə yaradacaqlar

İqtisadiyyat Materials 23 Sentyabr 2025 17:26 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan yüksək keyfiyyətli metallurgiya məhsullarının hazırlanması üzrə birgə müəssisə yaradacaqlar
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti ilə yüksək faydalı komponent tərkibli qaynar preslənmiş dəmir (QPD) istehsalı üzrə birgə müəssisə yaradılması layihəsinin həyata keçirilməsi Azərbaycana yüksək keyfiyyətli metallurgiya məhsulları istehsalçısı səviyyəsinə qalxmaq imkanı verəcək.

Trend xəbər verir ki, bunu “Fonte GreenMet Investments Fund OEIC Limited” İnvestisiya Fondunun baş icraçı direktoru Ercan Musin mətbuat konfransında bildirib.

“Bu əməkdaşlıq yalnız iqtisadi və maliyyə sahəsində deyil, həm də elmi-texniki biliklərin mübadiləsi, müasir texnologiyaların tətbiqi və innovativ istehsalın təşkili baxımından geniş perspektivlər açır. Layihənin həyata keçirilməsi Azərbaycana yüksək keyfiyyətli metallurgiya məhsulları istehsalçısı olmağa imkan verəcək ki, bu da öz növbəsində bütün Qafqaz və Orta Asiya regionunun sənaye xəritəsində yeni bir səhifə açacaq”, - deyə o bildirib.

Musin vurğulayıb ki, Azərbaycanın dayanıqlı iqtisadi islahatlara sadiqliyi, sabit investisiya mühiti, geostrateji mövqeyi və zəngin resurs potensialı xarici investorlarla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq üçün son dərəcə cəlbedici imkanlar yaradır.

“Biz bu əməkdaşlığı yalnız bir layihə çərçivəsində deyil, həm də strateji tərəfdaşlıq platforması kimi nəzərdən keçiririk və gələcəkdə digər sahələrdə birgə investisiyalara olan marağımızı xüsusi qeyd etmək istərdik,”- deyə şirkət rəhbəri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti