Bakı. Trend:
“Yaşıl keçid" çərçivəsində Britanya Ticarət Palatası vasitəsilə kiçik və orta biznes sektorunda potensialın artırılması vacibdir.
Trend xəbər verir ki, bunu Britanya Ticarət Palatasının Azərbaycandakı icraçı direktoru Zibar Hüseynova I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.
“Palataya görə KOB üçün yaşıl keçid vacibdir. Belə ki, biz hər iki tərəf üçün neytral və təhlükəsiz meydançayıq, hədəfimiz isə xarici şirkətlərin biliklərinin yerli KOB sektoruna ötürülməsidir”, - deyə o bildirib.
Zibar Hüseynova Palatanın dayanıqlı inkişaf standartları üzrə komitəsinin olduğunu xatırladıb. Bildirib ki, bu çərçivədə təhsil üçün imkanlar yaradılır, təlimlər keçirilir, standartlar tətbiq olunur, qlobal tendensiyalar izlənilir.
O əlavə edib ki, hazırda “yaşıl şirkətlər" investorlara daha cəlbedici gəlir.