Bakı. Trend:
Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla "Silk Road Fund"ın idarəedici direktoru Deng Jinghua ilə gələcək əməkdaşlığın gücləndirilməsi və yeni investisiya təşəbbüslərinin reallaşdırılmasına dair danışıqlar aparılıb.
Trend xəbər verir ki, bu barədə M.Cabbarov öz rəsmi “X” səhifəsində məlumat paylaşıb.
“Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq kəsb edən layihələr və "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində tərəfdaşlıq imkanları nəzərdən keçirildi”, - deyə nazirin paylaşımında qeyd olunur.