...

Akademik Topçubaşovun adının dünya miqyasında tanınması Azərbaycan cərrahiyyə elminə verilən yüksək dəyərdir - Nazir

Cəmiyyət Materials 24 Sentyabr 2025 10:01 (UTC +04:00)
Akademik Topçubaşovun adının dünya miqyasında tanınması Azərbaycan cərrahiyyə elminə verilən yüksək dəyərdir - Nazir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Akademik Topçubaşovun adının dünya miqyasında tanınması Azərbaycan cərrahiyyə elminə verilən yüksək dəyərdir.

Trend xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev akademik Mustafa Topçubaşovun 130 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış eddən zaman bildirib.

Görkəmli alimin beynəlxalq miqyasda qazandığı nailiyyətləri xüsusilə vurğulayan nazir bildirib: "Cərrahların Lissabonda keçirilən XI Beynəlxalq Konqresində akademik Mustafa Topçubaşov Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü seçilib. Bu da görkəmli alimin simasında dünya miqyasında Azərbaycan cərrahiyyə elminə verilən yüksək dəyərdir".

Diqqətə çatdırılıb ki, akademikin "Analgezin" adlı ağrıkəsici kəşfi İkinci Dünya müharibəsi illərində əvəzsiz xidmət göstərib: “Hətta tanınmış Sovet akademiki Pyotr Kupriyanov bu kəşfi "Bakı neftinin müharibədə tanklara verdiyi töhfəyə" bənzətmişdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti