Bakı. Trend:
Türkiyədə miqrantlardan Türkiyə vətəndaşlığı almaq adı ilə pul yığan mütəşəkkil dəstəni ifşa edilib. Əməliyyatlar mərkəzi İstanbul olmaqla 19 vilayətdə əlaqələndirilmiş şəkildə həyata keçirilib və 106 şübhəli saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz "X" səhifəsində məlumat bölüşüb.
Məlumata görə, saxlanılan şübhəli şəxslər, cinayət törətmək məqsədilə mütəşəkkil dəstə yaratmaqda, miqrant qaçaqmalçılığında, çirkli pulların yuyulmasında, dələduzluqda, rəsmi sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar.
Mütəşəkkil dəstəyə aid olan aktivlərə o cümlədən 1240 mənzilə, 47 avtomobilə və 65 torpaq sahəsinə, eləcə də bank hesablarına həbs qoyulub.