Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında sentyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə +15 dərəcədən +18 dərəcəyədək, gündüz +22 dərəcədən +26 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +12 dərəcədən +16 dərəcəyədək, gündüz +23 dərəcədən +28 dərəcəyədək, dağlarda gecə +4 dərəcədən +7 dərəcəyədək, gündüz +11 dərəcədən +16 dərəcəyədək olacaq.