...

Qazaxıstan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır - Tokayev

Siyasət Materials 23 Sentyabr 2025 23:25 (UTC +04:00)
Qazaxıstan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayır - Tokayev
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Biz Birləşmiş Ştatlar Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq.

Trend xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatda çıxışı zamanı deyib.

“Bu onu göstərir ki, hətta köklü münaqişələr də diplomatiya və sağlam düşüncə yolu ilə həll edilir. Bu prinsipi rəhbər tutan Qazaxıstan ardıcıl olaraq diplomatiyaya, gərginliyin azaldılmasına və gücdən daha çox dialoqa üstünlük verir”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti