...

Azərbaycanla Cibuti arasında viza ilə bağlı saziş imzalanıb

Siyasət Materials 24 Sentyabr 2025 01:29 (UTC +04:00)
Azərbaycanla Cibuti arasında viza ilə bağlı saziş imzalanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əbdülqadir Hüseyn Ömərlə görüşüb.

Trend xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" sosial media hesabında paylaşım edib.

"Biz siyasi, iqtisadi, ticarət, humanitar və təhsil sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, həmçinin çoxtərəfli platformalarda tərəfdaşlığı müzakirə etdik. Görüşdə 2026-cı ildə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı sammiti və Azərbaycanın sədrliyinin bu əməkdaşlığı gücləndirmək üçün yeni imkanlar yaratdığı qeyd olunub. Görüş zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" imzalanıb", - nazir paylaşımda bildirib.

Xəbər lenti

Xəbər lenti