...

Ermənistanda silahlı insident baş verib, ölənlər var

Dünya xəbərləri Materials 24 Sentyabr 2025 03:05 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanın qərbində yerləşən Armavir vilayətinin Merdzavan kəndində baş verən silahlı insident zamanı iki nəfər, o cümlədən kənd icmasının rəhbəri həyatını itirib, daha bir nəfər isə yaralanıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi açıqlamaya görə, çərşənbə axşamı gecə saatlarında kənddə atışma baş verməsi ilə bağlı polisə məlumat daxil olub. İlkin məlumata əsasən, hadisə nəticəsində iki nəfər ölüb. Həyatını itirənlərdən biri icma rəhbəri Valodya Qriqoryandır.

Polis hazırda baş verən hadisənin səbəblərini araşdırır.

Xəbər lenti

Xəbər lenti