...

Laçında Ekoloji məsələlər üzrə İşçi qrupun növbəti iclası keçirilir (FOTO)

Cəmiyyət Materials 24 Sentyabr 2025 13:08 (UTC +04:00)
Laçında Ekoloji məsələlər üzrə İşçi qrupun növbəti iclası keçirilir (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Laçın şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll olunması üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası təşkil edilib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, cari ilin beşinci iclasına sədrliyi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov edir.

İclasda işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biomüxtəlifliyin qorunması məqsədilə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və mövcud qorunan ərazilərin fəaliyyətinin bərpası müzakirə edilir.

Həmçinin təhlükəsiz bərk tullantıların idarəolunması ilə bağlı görülmüş işlər və zərərsizləşdimə aparılan poliqon sahələri, azad edilmiş ərazilərdə yerin təkindən istifadənin tənzimlənməsində qarşıya çıxan problemlər və onların həlli yolları nəzərdən keçirilir.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti