...

Azərbaycanda ət, heyvan və quş cəmdəklərinin ekspertiza aktı əsasında baytarlıq damğası ilə nişanlanması məcburi olacaq

Cəmiyyət Materials 24 Sentyabr 2025 11:25 (UTC +04:00)
Azərbaycanda ət, heyvan və quş cəmdəklərinin ekspertiza aktı əsasında baytarlıq damğası ilə nişanlanması məcburi olacaq
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

“Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nda dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburidir.

Ət və ət məhsullarının, həmçinin digər heyvan mənşəli məhsulların müayinədən keçirilməsini müəssisə və təşkilatların baytarlıq istehsalat-nəzarət bölməsində çalışan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uçota alınmış baytarlıq mütəxəssisləri həyata keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti