Bakı. Trend:
Cari ilin ilk altı ayında Azərbaycandan olan fiziki şəxslərin Böyük Britaniyaya həyata keçirdiyi pul köçürmələrinin həcmi 12,3 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 milyon ABŞ dolları və ya 9,6 faiz azdır.
Məlumata əsasən, Azərbaycandan ölkə xaricinə həyata keçirilmiş pul köçürmələrinin ümumi həcmində Böyük Britaniyaya köçürmələrin payı 5,1 faiz təşkil edir.
Cari ilin ilk yarım ilində Böyük Britaniyadan olan fiziki şəxslərin Azərbaycana həyata keçirdiyi pul köçürmələrinin həcmi 18,7 milyon dollar təşkil edib. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 2,6 min ABŞ dollar və ya 16,2 faiz çoxdur.
Hesabat dövründə Böyük Britaniyanın Azərbaycana xaricdən daxil olan ümumi pul köçürmələrində payı 3,5 faiz təşkil edib.
2024-cü ilin ilk yarısında Böyük Britaniyadan Azərbaycana göndərilən pul köçürmələrinin həcmi 16,1 milyon ABŞ dolları olub.
Ümumilikdə isə 2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycandan xaricə göndərilən pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2 faiz azdır.
Eyni zamanda hesabat dövründə xaricdən Azərbaycana göndərilən pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları olub. Bu isə 2024-cü ilin ilk yarısı ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6 faiz azdır.