Bakı. Trend:
Cari ilin ilk yarısından Azərbaycandan fiziki şəxslər tərəfindən Hindistana həyata keçirilmiş pul köçürmələrinin həcmi 1,194 milyon (ABŞ) dollar təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 44 min ABŞ dolları və ya 3,3 faiz azdır.
Məlumata əsasən, hesabat dövrü ərzində Azərbaycandan ölkə xaricinə edilmiş pul köçürmələrinin ümumi həcmində Hindistanın payı 0,5 faiz təşkil edir.
2024-cü ilin ilk yarısında Azərbaycandan olan fiziki şəxslərin Hindistana etdiyi pul köçürmələrinin ümumi məbləği 1,235 milyon ABŞ dollarına bərabər olub.
Ümumilikdə isə 2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycandan xaricə göndərilən pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2 faiz azdır.
Hesabat dövründə fiziki şəxslərin xaricdən Azərbaycana həyata keçirdiyi pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk yarısı ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6 faiz azdır.