...

Avrasiya universitetləri qlobal tədqiqat və innovasiyaların inkişafında vacib rol oynayırlar - Şota Potolaşvili

Cəmiyyət Materials 24 Sentyabr 2025 12:09 (UTC +04:00)
Avrasiya universitetləri qlobal tədqiqat və innovasiyaların inkişafında vacib rol oynayırlar - Şota Potolaşvili
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Avrasiya universitetləri qlobal səviyyədə iqtisadi və ekoloji təsir göstərməklə tədqiqatların və innovasiyaların inkişafında vacib rol oynayırlar.

Trend xəbər verir ki, bunu İvane Cavaxişvili adına Tbilisi dövlət universitetinin keyfiyyətin təminatı xidmətinin rəhbəri Şota Potolaşvili Bakıda keçirilən Avrasiya universitetləri sammitində çıxışında deyib.

Potolaşvili regionun universitetlərə ekoloji elmlər sahəsində mühüm üstünlüklər verən unikal coğrafi və mədəni mövqeyini vurğulayıb.

“Qafqaz və Mərkəzi Asiya kimi regionlar biomüxtəliflik və iqlimlə bağlı tədqiqatlar üçün həyati əhəmiyyət daşıyan məlumatlar təqdim edir ki, bu da yalnız regiona fayda vermir, həm də qlobal modelləşdirmədəki ciddi boşluqları doldurmağa kömək edir”, - deyə o qeyd edib.

O, həmçinin bilik mübadiləsinin iqtisadi və texnoloji tərəqqinin stimullaşdırılmasında tarixi rolunu yada salıb.

“Əsrlər öncə İpək Yolu sadəcə ticarət marşrutu deyildi. O biliklərin ötürülməsi kanalı rolunu oynayırdı. Hind riyazi modelləri, Çin kağız istehsalı texnologiyaları və Avropa nəqliyyat innovasiyaları bu şəbəkələr vasitəsilə yayılırdı. İnnovasiyalar heç vaxt başlanğıcdan universal olmur və bizim vəzifəmiz ondan ibarətdir ki, biliklər bir yerdə qalmayıb inklüziv şəkildə yayılsın”, - deyə Potolaşvili bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti