Bakı.Trend:
III Beynəlxalq Statistika Forumunda 19 ölkə iştirak edir.
Trend xəbər verir ki, bunu bu gün III Beynəlxalq Statistika Forumu çərçivəsində MDB ölkələrinin Dövlətlərarası Statistika Komitəsinin sədri Konstantin Laykam jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, I forum Sankt-Peterburqda, ikincisi Daşkənddə və nəhayət üçüncüsü Bakıda baş tutur.
"Burada bir sıra məsələlər müzakirə olunacaq.
Bunların sırasında süni intellekt də olacaq. Statistika insanların anlayacağı dildə izah olunmalıdır”,- o əlavə edib.
Xəbər yenilənəcək