...

İmişlidə narkokuryerlik edən iki nəfər saxlanılıb

Gündəm Materials 24 Sentyabr 2025 11:08 (UTC +04:00)
İmişlidə narkokuryerlik edən iki nəfər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayon sakinləri Fuad Səlimov və Anar Süleymanov rayon ərazisində saxlanılıblar.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, onlardan 8 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb.

Bildirilir ki, saxlanılan şəxslər sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına pul müqabilində narkokuryerlik etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, F.Səlimov və A.Süleymanov barəsində həbs qətimkan təbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti