...

Çində bu səbəbdən 2 milyon insan təxliyə olunub

Dünya xəbərləri Materials 24 Sentyabr 2025 12:29 (UTC +04:00)
Çində bu səbəbdən 2 milyon insan təxliyə olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dağıdıcı Raqasa super-tayfununun yaxınlaşması ilə əlaqədar Çinin cənubunda yerləşən Quanqdonq əyalətindən 2 milyona yaxın insan təxliyə olunub.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, “Qasırğaların şahı” adlandırılan super-tayfunun təkcə Juhay şəhərinə gün ərzində bir aylıq yağıntı normasını gətirəcəyi proqnozlaşdırılır.

Artıq qasırğa Tayvanda böyük dağıntılara və insan itkilərinə səbəb olub. Azı 14 nəfərin həyatını itirdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti