...

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb (FOTO) (YENİLƏNİB)

Hadisə Materials 24 Sentyabr 2025 10:19 (UTC +04:00)
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb (FOTO) (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

xxx

10:18

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

09:33

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb.

Əlavə məlumat veriləcək.

XXX

08:21

“112” qaynar telefon xəttinə Nəsimi rayonu Rəşid Behbudov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunublar.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti